Türkiyə-Ermənistan reysləri ARTIRILIR

12:12 05.11.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“Ermənistan və Türkiyə iki ölkə arasında aviareyslərin sayının artırılması barədə razılığa gəliblər”​. 

Hafta.az xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan İrəvanda keçirilən “Orbeli forumu: Sülh və çoxtərəfli əməkdaşlıq quruculuğu” adlı beynəlxalq konfransda çıxış edərkən bildirib. 

 

“Söhbət, güman ki, İstanbul və Ankaradan İrəvan və Gümrü istiqamətində reyslərin sayının artırılmasından gedir”, - o deyib.

Nazir həmçinin Azərbaycan və Ermənistan arasında münasibətlərin bərpasına da toxunub:

“Azərbaycanla olan vəziyyətə gəlincə, hökumət səviyyəsində əlaqələr mövcuddur. İki ölkənin vətəndaşları arasında qarşılıqlı əlaqələrin qurulması isə zaman tələb edir”. /“Sputnik Ermənistan”/